Baş məşqçi Kamranın cəzasından danışdı

"Boavişta”nın baş məşqçisi Migel Leal millimizin qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanması ilə bağlı açıqlama verib.

51 yaşlı mütəxəssis qərara təəssüfləndiyini bildirib: "Kamranın cəzalanmasına görə təəssüflənirəm, bizim üçün ciddi itkidir. Ümid edirəm ki, onun yoxluğu meydanda hiss olunmaz. "Aroka” ilə oyuna yaxşı nəticə qazanacağımıza inanıram. Uğurlu oyunumuzu bu matçda da davam etdirmək istəyirik”.

Qeyd edək ki, "Boavişta" Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq. Oyun 21 yanvar Bakı vaxtı ilə saat 00:30-da start götürəcək./qafqazinfo.az/

MediaFax