Fevral ayının 17-də Azərbaycanın bəzi bankları dollar satışına olan limiti qaldırdı.
Fins.az-ın verdiyi məlumata görə, "Bank Respublika” dollar satışını 10 dəfə artırdı – 10 min dollaradək.
"Dəmirbank” dollar satışı limitini 200-dən 8200 dollaradək qaldırdı.
İran Milli Bankının Bakı filialı isə dollar satışına limiti 1000-dən 500 dollaradək endirdi.
Dollar qiymətləri
Bu gün dolları ən yüksək qiymətlə alan "Günaybank”dır – 1.7850 manat.
Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank Azərbaycan”dır. Bu bankda dolların alış qiyməti 1.6304 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti isə "Naxçıvanbank”dadır – 1.8130 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.8600 manatdır. Bu məbləğdə dolları "AFB Bank” satır.
Avro qiymətləri
Bu gün Avropa valyutasını ən baha alan "Günaybank”dır. Bu bankda 1 avro 1.8920 manata alınır.
Avronu ən ucuz alan "Yapı Kredi Bank Azərbaycan”dır – 1.7403 manat.
Avronu ən ucuz satış qiyməti "Naxçıvanbank”dadır – 1,9200 manat.
Avronun ən baha satış qiyməti 2.0400manatdır. Bu gün "Bank of Baku” Avropa valyutasını həmin məzənnə ilə satır.
MediaFax