Bu gün fevral ayının 6 Azərbaycanın bəzi banklarında dollar və avronun satış qiymətinin aşağı düşdüyü müşahidə olunur.
Səhər saatlarında 1 dollar 1.92 manatdan, 1 avro 2.08 manatdan yüksək satılır.
Fins.az xəbər verir ki, araşdırmaya əsasən 1 dolları keçən həftənin cümə günü 1.93 manata satan "Accessbank” bu gün 1.9240 manata satır.
Fevralın 3-də "AtaBank” 1 dolları 1.945 manata satırdı. Bu gün isə bankda dolların məzənnəsi 1.93 manat təyin olunub.
"CDB Bank” bu gün 1 dolları 1.94 manata satır. Cümə günü isə bu məbləğ 1.955 manata bərabər idi.
Fevralın 3-də 1.96 manata dolları satan "Nikoilbank” bu gün 1.94 manata, "Turanbank” isə 1.925 manata satır (cümə 1.94 manat).
MediaFax