Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ölümündən 19 il ötür. "Qafqazinfo” xəbər verir ki, SSRİ yığmasının da şərəfini qorumuş oyunçu 1964-1978-ci illərdə "ağ-qaralar”ın heyətində çıxış edib.
1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış "Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə "Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə "Şöhrət ordeni” ilə təltif olunub.
Banişevski həmişə "Neftçi”də oynaması ilə fəxr edib: "Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim”.
MediaFax