Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Abşeron rayonu Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər.
MediaFax