Balıq bazarında qiymət artımı müşahidə olunur.
Balıq satanlar bildirir ki, insanlar daha çox dəniz və çay balığına üstünlük verirlər. Bu iki şəraitdə tutulan balıqların qiyməti bir az bahadır və demək olar ki, fərqlənmir. Vətəgə balıqları isə nisbətən ucuzdur. Elə çəki balığında olduğu kimi.
Bahalaşmanın Novruz ərəfəsində mövsümi olduğu deyilir. Balıq satanlar bildirir ki, bahalaşma müvəqqətidir və havalar isindikcə balıq qiymətləri əvvəlki səviyyəyə enəcək./xezerxeber.az/
MediaFax