Astanada Suriya münaqişəsinin həlli üzrə danışıqlar başlayıb.
APA-nın "inform.kz” saytına istinadən verdiyi məlumata görə, görüşdə 7 ölkənin nümayəndələri iştirak edir.
Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.
Görüş bağlı qapılar arxasında keçirilir.
MediaFax