Dekabrın 31-də Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edəcək Demet Akalın ilə Murat Dalkılıç arasında təyyarə qalmaqalından sonra afişa mübahisəsi yaşanıb.
Türkiyə mətbuatı xəbər verir ki, D.Akalın afişada onun adından sonra adının yazılmasından şikayət edən M.Dalkılıça sosial şəbəkədə səslənib: "Ərköyünlük pul etməz. Təcrübə deyilən bir şey var. Əlbəttə ki, elanda arxamda qalacaqsan, yox daha nələr... Nə oldu, oğlum, sənə? Özünə gəl”.
Qeyd edək ki, cütlük arasında ilk mübahisə təyyarəyə görə yaşanmışdı. D.Akalın ilə M.Dalkılıç İstanbuldakı konsertlərinə çata bilmək üçün özəl təyyarə kirayəyə götürməyə qərar verib. Amma Murat Dalkılıç həyat yoldaşını və yaxınlarını da Bakıya gətirmək istədiyini söyləyincə mübahisə yaşanıb.
Demet Akalın isə birlikdə uçmaqdan imtina edib və ayrı bir təyyarə kirayəyə götürüb. Murat Dalkılıça da İstanbuldakı konserti təşkil edən şirkət özəl təyyarə sifariş verib./musavat.com/
MediaFax