Paytaxtın Nəsimi rayonu Süleyman Rəhimov küçəsində, Metronun 28 may stansiyasının yaxınlığında yerləşən kitab mağazasında oğurluq hadisəsi baş verib.
ARB TV xəbər verir ki, hadisə qeydə alınan zaman mağazada biri xəzinədar, biri satıcı olmaqla iki şəxs olub.
Həmin vaxt müştərilərin çox, məsul şəxslərin isə başlarının qarışıq olmasından istifadə edən şəxs, xəzinədə olan pulu götürüb və mağazanı tərk edib. Lakin oğurluq faktı mağazadakı təhlükəsizlik kameralarına anbaan həkk olunub. Hadisə şahidləri isə həmin şəxsi tanıdıqlarını və onun bir neçə mağazadan müxtəlif oğurluqlar etdiyini bildiriblər.
Hazırda fakt araşdırılır.
MediaFax