“Bakıdakı bütün villalar mənimdir” - Nazir

Nazir Bakıdakı "dəbdəbəli villası”ndan danışıb

"Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

O, belə şər-böhtanlara baş qoşmadığını bildirib: "Biz öz işimizlə məşğuluq”.

Xatırladaq ki, bugünlərdə blogger Mehman Hüseynov yeni tikilməkdə olan bir dəbdəbəli villanın videosunu çəkərək, onun nazir Səlim Müslümova məxsus olduğunu iddia edib.

MediaFax