Bakıda zavodda yanğın xəbəri yayıldı

Bir neçə gün öncə Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən "Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.

Alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb. Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur. Yaralananlar 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən bildirilib ki, istehsalat qəzası zamanı xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov hazırda reanimasiyadadır, vəziyyətləri çox ağır qiymətləndirilir.

Digər yaralı 1987-ci il təvəllüdlü Rəşad Veyisova isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanadan bildirilib ki, hadisə sentyabrın 29-da baş verib./lent.az/

MediaFax