“WhatsApp”a görə dostlar bıçaqlaşdı - Bakıda

Cinayət iştirakçıları evli deyillər və heç bir yerdə işləmirlər.
 
Qanlı cinayət cümə gününə keçən gecə Bakının Qaradağ rayonunda baş verib. Gənclər dava zamanı bıçağa əl ataraq bir-birinə xəsarət yetiriblər. Criminal.az saytı xəbər verir ki, bu barədə Sputnik-ə Qaradağ rayon Polis İdarəsindən bildiriblər.

İlkin istintaq zamanı müəyyən edilib ki, 02:12 radələrində Müvviqabad kəndində, 4D ünvalı evin qarşısında 1988-ci il təvəllüdlü Bağırov Vüqar Nazim oğlu və onun yaşıdı, elə həmin binada yaşayan Mirzəyev Ramil Ramiz oğlu binanın qarşısında görüşüblər. Görüşü Mirzəyev təyin edib, ona üç ay bundan öncə onun qohumu olan qızla "WhatsApp Messenger” vasitəsilə yazışdıqlarını xatırladıb.

Bağırov dindirilmədə Mirzəyevin görüş zamanı sərxoş olduğunu bildirib. Vəziyyəti ağırlaşdırmamaq üçün Bağırov qonşusuna əgər onun qohumu olan xanımın xətrinə dəyibsə, üzr istədiyini və bunun bir daha təkrarlanmayacağını bildirib. Amma Mirzəyev sakitləşməyib və Bağırovla davaya girişib. Bundan sonra sonuncu bıçağa əl ataraq Mirzəyevi yaralayıb, amma o, bıçağı Bağırovun əlindən alaraq rəqibinin qarın nahiyəsinə zərbələr vurub.

Bağırov kliniki tibb mərkəzinə yatırılıb, pasientin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndiriblər. Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 126 maddəsi (ağır bədən xəsarətlərinin yetirilməsi) üzrə cinayət işi açılıb.

Qaradağ RPİ qeyd ediblər ki, Mirzəyevin özünümüdafiə sərhədini aşdığı üzə çıxarılarsa, maddə təsnifləşdiriləcək. Qeyd edək ki, cinayət iştirakçıları evli deyillər və heç bir yerdə işləmirlər. 

MediaFax