Bakıda uşaqlar və böyüklər üçün reabilitasiya mərkəzləri açılıb - YENİLƏNİB

15:24 
 
Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
 
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla ƏliyevaArzu Əliyeva tədbirdə iştirak ediblər.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.
 
Prezident və xanımı Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış olublar.
 
------------
17:06 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.
 
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu açılışda iştirak ediblər.
 
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.
 
Azərbaycan prezidenti və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.
 
MediaFax