Bakıda şirkət rəhbərinə qarşı dələduzluq - 178 minlik

Bakının Binəqədi rayonunda 178 min dollarlıq dələduzluq faktı qeydə alınıb.

Bakı şəhər sakini, "Şimşək” LTD-nin direktoru, 1960-ci il təvəllüdlü Mansur Yusifov hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluğun qurbanı olduğunu bildirib.

O bildirib ki, ötən ilin may ayında 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva onu aldadıb iş qurmaq adı ilə 178 min 500 ABŞ dollar pulunu alıb.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax