Bakıda qəpik problemi...

Hazırda xırda pul tapmaq müşkülə çevrilib.

Bu sözləri Bakıda "Qasid”lərin birində satıcı kimi çalışan paytaxt sakini İmran Şabanov xırda pul çatışmazlığı haqda saytımıza danışarkən deyib. O, qəpik çatışmazlığının problem yaratdığını bildirib:

"Hamı "Qasidə”ə gəlir ki, nəsə alıb pulunu xırdalasın, amma bizdə də yoxdur. Özümüz də xırda pul sıxıntısı yaşayırıq. Bəzi insanlar qəpikləri, xüsusən 50 qəpikləri bankalara yığır deyə, bu pullar dövriyyədən çıxır. Qəpik çatışmazlığı həm nəqliyyatda, həm də satış obyektlərində problemlər yaradır”.

Mərkəzi Bankdan verilən açıqlamada isə qəpik qıtlığı ilə bağlı quruma hər hansı şikayət daxil olmadığı bildirilib. "Buna baxmayaraq, araşdırma aparılacaq və deyilənlər təsdiqini taparsa, dərhal tədbir görüləcək”, - MB-dən qeyd edilib./axar.az/

MediaFax