Bakıda qətl törədilib.
APA-nın xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib. Qəsəbə sakini 1971-ci il təvəllüdlü İlhamə Eynulla qızı Talıbovanın bıçaqla xüsusi amansızlıqla qətl yetirilmiş meyiti tapılıb.
Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MediaFax