Son günlər sosial şəbəkələrdə peyvənd çatışmazlığı ilə bağlı məlumatlar yayılır.
Yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə uşaqlara vurulan peyvəndlərin hazırda poliklinikalara verilmədiyi bildirilir. Peyvəndlər təqviminə əsasən Hepatit B üzrə peyvənd uşaq doğulduqdan sonra 12 saat ərzində, BCJ, OPV doğulduqdan 4-7 gün, GDTHibHepB, OPV, Pk 2 ay, GDTHibHepB, OPV 3 ay, GDTHibHepB, OPV, Pk 4 ay, Pk, İPV 6 ay, QPM, Vitamin A 12 ay, GDT, OPV, Vitamin A 18 ay sonra, QPM, ADT, Vitamin A 6 yaşda vurulmalıdır.
Biləcəri qəsəbəsi- 3 saylı Uşaq Poliklinikasından saytımıza verilən məlumata görə, hazırda bu tibb müəssisəsində uşaqlar üçün nəzərdə tutulan bütün peyvəndlər var: "Peyvəndlə bağlı problemimiz yoxdur. Yeganə problemimiz "mantu" peyvəndi ilə bağlıdır. Heç bir poliklinikada "mantu" peyvəndi yoxdur. Çünki bunu mərkəzləşdirilmiş qaydada poliklinikalardan alıb vərəm xəstəxanalarına veriblər.”
6 saylı Uşaq Poliklinikasında da uşaqlar üçün nəzərdə tutulan peyvəndlərin hamısının olduğu qeyd olunub: "Poliklinikamızda bütün peyvəndlər var. Amma "mantu" yoxdur. Ümumiyyətlə, "mantu" poliklinikalardan yığışdırılıb. Bu peyvənd vərəm dispanserlərinə verilib.”/aznews.az/
MediaFax