Bakıda keçiriləcək “Formula-1”in Adı və tarixi dəyişdirildi

Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) Vyanada baş tutmuş Baş Assambleyasında maraqlı qərarlar verilib. Apasport.az saytının məlumatına görə, bu qərarların içində Azərbaycanla bağlı olanlar da var.


Belə ki, ötən il ilk dəfə ölkəmizdə baş tutmuş "Formula-1” üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq.


Bundanəlavə, möhtəşəm turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da deyil, 25-də keçiriləcək.


Almaniya Qran-Prisi siyahıdan çıxarıldığı üçün "Formula-1” 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-Prisi ilə start veriləcək. Çempion isə düz 9 ay sonra, noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.


Turnirin yekun təqvimini təqdim edirik.

 

26 Mart

Melburn

Avstraliya

9 Aprel

Şanxay

Çin

16 Aprel

Bəhreyn

Bəhreyn

30 Aprel

Soçi

Rusiya

14 May

Barselona

İspaniya

28 May

Monte Karlo

Monako

11 İyun

Monreal

Kanada

25 İyun

Bakı

Azərbaycan

9 İyul

Spilberg

Avstriya

16 İyul

Silverston

Böyük Britaniya

30 İyul

Budapeşt

Macarıstan

27 Avqust

Spa-Frankorçamp

Belçika

3 Sentyabr

Monza

Italiya

17 Sentyabr

Sinqapur

Sinqapur

1 Oktyabr

Sepang

Malaziya

8 Oktyabr

Suzuka

Yaponiya

22 Oktyabr

Ostin

ABŞ

29 Oktyabr

Mexiko

Meksika

12 Noyabr

Sao Paolo

Braziliya

26 Noyabr

Abu Dabi

BƏƏ


MediaFax