Bakıda hərbçidən nümunəvi davranış - Foto

Ehtiyatda olan hərbçi xanım Yetər Əzizova ovuclarına qədər gələn pulu sahibinə qaytarıb.
 
Hadisə fevralın 4-də Azərbaycan Beynəlxalq Bankının Fəvvarələr Meydanındakı bankomatlarından birində yaşanıb. Belə ki, hərbçi xanım öz pulunu çıxarmaq üçün kartını bankomata daxil edib. Kartı bankomata daxil edəndə kiminsə öz pulunu burada unutduğunu görüb.
 
Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli saytımıza faktı təsdiq edib. O deyib ki, xanım başqa əllərə keçməsin deyə, pulu özündə saxlayıb. Bankın müştəri xidmətini bu barədə məlumatlandırıb:

"Vəsaitin Nurlan adlı müştərimizə məxsus olduğu aydınlaşanda baş ofisimizə gələrək 35 manat vəsaiti sahibinə çatdırmaq üçün təhvil verib. O, xatırlayır ki, bir dəfə də uşaq vaxtı həyətdən qızıl üzük tapıbmış. Valideynləri üzüyü qonşunun itirdiyini öyrənib, dərhal sahibinə qaytarıblar. Ata-anasının o davranışı indiyə qədər Yetər xanım üçün bir örnəkdir. Gözəl tərbiyə həmişə gözəl nümunələr yaradır. Biz də belə müştərimizlə qürur duyuruq”./modern.az/
 


MediaFax