Bakıda havayı internet olacaq

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcək.

"Caspian European Club”un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov bildirib ki, "İctimai Wi-Fi” layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: "Wi-Fi" İçərişəhər və Milli dənizkənarı park ərazisində yerləşdiriləcək. Bu layihənin əsas məqsədi insanların kütləvi toplandığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir"./trend.az/

MediaFax