Bakıda gənc oğlanı amansızcasına öldürdülər

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

MediaFax