Artıq bir neçə aydır fəaliyyətini dayandıran Bakı funikulyoru hələ də xidmət göstərmir.
Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib ki, qurğunun çalışmaması texniki məsələdir və xarab olan hissənin gətirilməsini gözləyirlər: "Xarab olmuş hissə gətirilən kimi funikulyorun fəaliyyəti bərpa olunacaq".
Qeyd edək ki, Bakı funikulyoru 1960-cı ildən fəaliyyət göstərir. 2 stansiyası var. Stansiyalar arası məsafə 455 metrdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub.
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru sonuncu dəfə 2012-ci il 23 may tarixində əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib./report.az/
MediaFax