Fiziki qüsurlu kişi qadını sürüdü - Polis işə qarışdı

Bakıda "Nizami” metrostansiyası qarşısında qadına qarşı zorakılıq edən şəxs saxlanılıb.

Saytımızın hadisə yerində olan əməkdaşının xəbərinə görə, saat 13:30 radələrində Nizami metrostansiyasının qarşısında 30-35 yaşlarında olan şəxs gənc qadına qarşı zorakılıq edib. Onun qolundan tutraq sürüməyə çalışıb. Vəziyyətin gərginliyini görən qadın polis çağırıb. Dərhal hadisə yerinə gələn polis əməkdaşları şəxsi sakitləşdirməyə çalışıb.

Lakin polislərə müqavimət göstərən və onların əlindən çıxıb qaçmağa çalışan şəxs digər polis nəfərlərinin köməkliyi ilə yaxınlıqdakı Metropolitenin polisinə aparılıb.

Qadın isə polis bölməsinə getməkdən imtina etsə də, kişidə olan əşyalarını geri almaq üçün onunla bərabər getməli olub.

Qeyd edək ki, 30-35 yaşlarında olan vətəndaş lal olduğu üçün ad-soyadını öyrənə bilmədik. Xanım isə özünü təqdim etməkdən imtina edib./cebhe.info/

MediaFax