Bakıda film kimi Ailə münaqişəsi

Martın 2-də 4 nəfər qadının evinə basqın edib 4 yaşlı oğlunun əl-qolunu bağlayıb aparıblar. Hadisə Binəqədi rayonunda baş verib.

Övladı oğurlanan Könül Məmmədrza "Qafqazinfo”ya müraciət edərək bildirib ki, həmin gün təxminən saat 19 radələrində birlikdə yaşadığı qardaşı Seymur işdən gələndən sonra bu hadisə baş verib: "Seymur evə girən kimi arxasınca tanımadığımız 4 nəfər basqın edib üstümüzə cumdu. Seymuru vurub yıxdılar, sonra da döyməyə başladılar. Oğlum Eldarı da tutdular, uşaq ağladı, mən qollarından yapışıb nə qədər özümə tərəf çəksəm də, heç nə edə bilmədim. Keçmiş yoldaşım Babək Ərsoy da onlardan arxada dayanmışdı, sonra o da içəri girdi. Uşağı yarıçılpaq vəziyyətdə götürüb apardılar.

Mən iki il əvvəl yoldaşımdan boşanmışam. Məhkəmə qərarı ilə uşağı atası ilə görüşdürdüm, o, Eldarı aparıb 8 ay özündə saxladı, məndən gizlətdi. Sonra yenidən məhkəmə vasitəsilə geri aldım”.

K.Məmmədrza deyib ki, məsələ ilə bağlı polisə müraciət ediblər, araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


MediaFax