Bakıda dəhşət: ana 5 yaşlı oğlunu boğub öldürdü

Bakıda ana azyaşlı uşağını boğaraq öldürüb.
 
Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Bünyadzadə küçəsi, ev 11, mənzil 140 ünvanında qeydə alınıb. Orada yaşayan, 1983-cü il təvəllüdlü Nazilə Qulubəyovanın ehtiyatsızlığı nəticəsində 5 yaşlı oğlu Fərid Qulubəyov boğularaq ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

MediaFax