Bakıda itən uşaq tapılıb - Yenilənib

17.12.2016 
15:27 
 
Paytaxtın Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Abbasov Amin Əbil oğlu itkin düşüb.

Bu barədə şagirdin yaxınları məlumat verib.

Onların sözlərinə görə, A.Abbasov dünən saat 14.00 radələrində məktəbdən qayıtdıqdan sonra oynamaq üçün həyətə düşüb.

Bundan sonra uşaqdan heç bir xəbər olmayıb./axar.az/
 
---------------
18.12.2016 
10:00
 
Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14.00 radələrindən itkin düşən Abbasov Amin Əbil oğlu tapılıb.
 
3-cü sinif şagirdi olan Amin saytımıza onu dilənçilərin oğurladığını deyib: "Məni soyuqda diləndirdilər”.
 
Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: "Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”./aznews.az/




MediaFax