Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq edilib.
Hadisə 2016-cı ilin noyabr ayında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü E.Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 1968-ci il təvəllüdlü S.Hüseynov onu aldadaraq iş qurmaq adı ilə 113 min ABŞ dolları pulunu alıb və indiyədək geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır./report.az/
MediaFax