Bakı Metropoliteninin "Nizami” stansiyasında oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 1-də metronun "Nizami" stansiyasının platformasında Bakı şəhər sakini Əfsanə Abbasovanın çantasından 114 manat pul və sənəd oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxat sakini Tərlan Əliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub./qafqazinfo.az/
MediaFax