Bakı metrosunda nə baş verib? - Açıqlama

"Bakı Metroploteni” QSC "Həzi Aslanov" metrostansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda yaşanan narahatlıqla bağlı məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında narahatlıq üçün heç bir əsas olmadığını bildirib:

"Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunub. Nasazlıq olan qatar depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb. İntervalda 2-3 dəqiqəlik gecikmə baş verib ki, hazırda bu da aradan qaldırılıb”.

Hadisəni saat təxminən 10:30-da 22 saylı qatarda baş verdiyini deyən N.Paşayev metropolitenin əvvəlki qrafikdə çalışdığını qeyd edib.

Yayılan məlumatlarda qatarda olan sərnişinlərin hansısa təhlükə səbəbindən təcili şəkildə vaqondan təxliyə edildiyi bildirilmişdi./modern.az/

MediaFax