Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.
Hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.
Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır./report.az/