Bağırzadənin istefası bizi zərbə altında qoydu - “Neftçi”

"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Bəhram Bağırzadənin istefasından danışıb. 

Veteran futbolçu Bəhram Bağırzadənin gedişinin onları zərbə altında qoyduğunu bildirib: 

"Bəhram Bağırzadə gedərkən özü mənimlə əlaqə saxlamışdı. Dedi ki, Çingiz müəllimin yanına getmişdim. İstefa ərizəmi yazıb verdim. Sonra da Bəhram müəllim məndən halallıq istədi. Mən isə ona təklif etdim ki, tanınmış insansan, belə çətin vəziyyətimizdə bizi atıb getmə. O isə artıq qərar verdiyini və geri dönməyin mümkün olmadığını bildirdi. Baş verənlərdən çox narazı idi.

Müşahidə Şurasının üzvlərindən birinin getməsi ilə biz zərbə altında qalmış oluruq. Amma belə bir anda getmək doğru deyil. Mən ona yenə bu qərarı üzərində düşünməyi, klubu belə bir zamanda atmamağı məsləhət gördüm. Biz hamımız "Neftçi"nin uğurunu istəyirik”

Qeyd edək ki, Bəhram Bağırzadə komandanın çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünməmək və meydanda bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmədiyini vurğulayaraq, Müşahidə Şurası üzvlüyündən istefa verdiyini açıqlayıb./aznews.az/

MediaFax