Bağdadi İŞİD-ə çağırış etdi

"İslam dövləti” terror qruplaşmasının lideri Abu əl-Bağdadi yaraqlıları Mosuldan geri çəkilməməyə çağırıb.

RİA Novosti xəbər verir ki, yayılan səs yazısı oktyabrın 17-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə İraq hərbçiləri və polis qüvvələri, eləcə də kürd qruplaşmaları tərəfindən Mosulun azad edilməsi üzrə həyata keçirilən miqyaslı hücumdan sonra əl-Bağdadinin ilk bəyanatı olub. Noyabrın 2-də İraq qoşunları Mosula daxil olub.

Yaraqlıların lideri şəhəri tərk etməməyə çağırıb.

Bununla yanaşı, onun şəhərdə olub-olmaması müəmmalı olaraq qalır. Britaniyanın "Independent” nəşri dünən əl-Bağdadinin hələ də Mosulda olduğunu yazıb.

MediaFax