İŞİD terror təşkilatının lideri Əbu Bəkr-əl Bağdadiyə qarşı sui-qəsd cəhdi olub.
Rusiya KİV-i xəbər verir ki, hazırda Naynavada olan Bağdadini zəhərləmək istəyiblər.
Məlumata görə, əl-Bağdadinin yeməyinə zəhər qatıblar.
"Kəşfiyyat məlumatlarına görə, İŞİD lideri Bağdadi və daha üç komandir onlara verilən yeməkdən zəhərlənib”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, hadisə Mosulun cənub-qərbində baş verib: "İŞİD əl-Bağdadinin olduğu ərazidə kütləvi həbslərə başlayıb. Zəhərlənənən şəxslər ciddi nəzarət altında naməlum istiqamətdə aparılıblar”./azvision.az/
MediaFax