Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva tapılıb.
Bu barədə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğluna qoşulub qaçdığı deyilən A.Nağıyeva özü polis şöbəsinə gəlib. Hazırda A.Nağıyevanın hara və nə məqsədlə getdiyi araşdırılır.
A.Nağıyevanın qoşulub qaçdığı deyilən Ə.Məmmədov isə hələlik tapılmayıb və onun harada olduğu bilinmir.
Qeyd edək ki, A.Nağıyevanın bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı barədə məlumat yayılmışdı./trend.az/
MediaFax