Azyaşlı çayda boğuldu

Biləsuvar rayonunda azyaşlı qız çaya düşərək boğulub.

Hadisə rayonun mərkəzindən keçən Balharı çayında baş verib. 

Yerli sakinlərin sözlərinə görə, fevralın 25-də günorta saatlarında 9 yaşlı qız uşağı həmin çaya düşüb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Çayın suyu lilli olduğundan qızı tapmaq hələ ki, mümkün olmayıb.

Axtarışlar davam edir./report.az/

MediaFax