Azərbaycanlılarda ABŞ-a maraq azalıb - Trampdan sonra

Donald Tramp ABŞ prezidenti olduqdan, xüsusilə onun imzaladığı miqrasiya qanununun qüvvəyə minməsindən sonra, Birləşmiş Ştatlara səfərlərə maraq bütün dünyada 17 faiz azalıb.

Bu məlumatı səyahətlərin planlaşdırılması üzrə dünyada ən məşhur şirkətlərdən biri olan Hopper yayıb.

Barak Obamanın prezidentlik müddətinin son iki və Donald Trampın birinci iki həftəsini müqayisə edərək, şirkət belə bir nəticəyə gəlib ki, ABŞ şəhərlərinə dünyanın müxtəlif ölkələrindən aviareyslərin axtarışına sorğuların miqdarı 17 faiz azalıb. Belə nəticə 122 dövlətdə aparılmış tədqiqatlara əsaslanır.

Azərbaycanda isə ABŞ-a getməyi arzu edənlərin sayı 19 faiz azalıb. Eyni göstərici Türkiyədə, Misirdə, Səudiyyə Ərəbistanında, İndoneziyada, Qətərdə və BƏƏ-də qeydə alınıb./virtualaz.org/

MediaFax