Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.
Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub.
Onu vuran sürücü hadisə yerindən qaçıb.
D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./ARB/
MediaFax