14:28
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.
O, müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib.
Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri təsdiqləyib.
Dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq.
-----------
15:24
Səbinə Zəkizadə saytımızla ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib.
O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır./qafqazinfo.az/
--------------
16:53
Rejissor Şahin Zəkizadə vəfat edib.
Bu barədə Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maşatağada yerləşən "Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ş. Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi. O, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunurdu./APA/