Azərbaycanlı qadınla bağlı məsələ Türkiyə parlamentində

CHP-dən olan millət vəkili Şenal Sarıhan Ankaranın Etimesgut vilayətində avtobus sürücüsü tərəfindən təcavüzə məruz qalan Azərbaycan əsilli Türkiyə vətəndaşı olan qadınla bağlı olayı Türkiyə Böyük Millət Məclisinin gündəminə gətirib.

Türkiyə mətbuatı xəbər verir ki, o, bu hadisənin həm paytaxtda baş verməsi, həm də özəl ictimai avtobus sürücüsü tərəfindən elə avtobusdaca baş verməsinin insanları vahiməyə saldığını bildirib. Millət vəkili qeyd edib ki, özəl ictimai nəqliyyat vasitələrində göstərilən xidmət, ictimai xidmətdir, insanlar bu avtobuslara daha çox etibar edirlər. Amma bu son baş verənlərin insanların özəl ictimai nəqliyyat vasitələrinə olan inamı məhv edəcək.

"Bu avtobuslara nəzarət bələdiyyələr tərəfindən həyata keçirilir. İnsanlar bunlara hər şeydən çox etibar edir, vətəndaşlar burada özlərini daim can, mal və namus təhlükəsizliyi içində hiss edirlər. Bu hadisə, bu etibarı təməldən sarsıdacaq. AKP hökumətinin tətbiq etdiyi səhv siyasət uşaqlara istismarı, qadınlara taciz və təcavüzü, zorakılığı artırıb”, - deyə millət vəkili bildirib.

Şenal Sarıhan həmçinin bir sıra suallara Baş nazirdən açıqlama gözlədiyi bildirib:

"Ankara Böyükşəhər Bələdiyyəsi özəl ictimai avtobus vasitələrinin sürücülərini hansı meyarlara görə işə götürür? Təhsil səviyyələri və yaş aralıqları necə müəyyən olunur? İşə götürüləndən sonra onlar hansı müddətdə yoxlanılırlar? Yaşanan hadisə cəmiyyətin etibarını sarsıldıb. Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının bu cür hadisələrin qarşısını almaq məqsədilə hansısa işlər görəcəkmi? Bələdiyyəyə aid xüsusi xalq avtobusların sürücüləri haqqında edilən başqa şikayətlər varmı? Varsa bu şikayətlər hansılardır? Bu şikayətlərin araşdırılması üçün nə kimi işlər görülüb? Əgər görülməyibsə, səbəbi nədir? İndiyə kimi Ankarada ictimai nəqliyyata cinsi təcavüzlə bağlı nə qədər şikayət olunub? Bu şikayətlərlə bağlı neçə cinayət işi başladılıb?"/virtualaz.org/

MediaFax