Azərbaycanlı musiqiçi vəfat etdi

Virtuoz klarnet ifaçısı Nadir Talıbov vəfat edib. 
 
Bu haqda müğənni Nadir Qafarzadə sosial şəbəkədə məlumat yayıb.

Sənətçi bildirib ki, musiqiçi insult olub:

"55 yaşı hələ fevralda olacaqdı, amma qismət olmadı. Bu qarlı, şaxtalı yanvar ayında gözlərini əbədi yumdu. Bilsəniz, yaxınlarını itirmək necə ağırdır... Allah sənə rəhmət eləsin, ay Nadir. Azərbaycan musiqi mədəniyyətində çox xidmətlərin olub. İnsult nəticəsində canını tapşırdı”./qafqazinfo.az/

MediaFax