Türkmənistanda sevilən müğənnilərdən olan Nazir Həbibov azadlığa buraxılıb.
Bu haqda məlumat yanvarın 20-də Yutubda yerləşdirilən videodan sonra yayılıb. Türkmən TV kanalında göstərilən videoda müğənninin ətrafında olan adamları Yeni il münasibətilə təbrik etdiyi görünür.
Videoda həbsxana nəzarətçilərinə bənzər hərbi geyimli adamlar və müğənnini aparmağa gəlmiş avtomobil də var.
Müğənninin azadlığa çıxması hələlik rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, Nazir Həbibov ötən ilin avqustunda narkotik ittihamı ilə həbs olunub, oktyabrda isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt dövlət televiziyasına çıxarılan müğənni narkotik qəbul etdiyini etiraf eləmiş və buna görə üzr istəmişdi.
Amma Azadlıq radiosu-na mənbədən verilən məlumata görə, müğənni yüksək vəzifəli şəxslərdən birinin toy mərasiminə dəvəti qəbul edə bilmədiyinə görə "hesab” vermişdi.
Qeyd edək ki, əslən azərbaycanlı olan Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən sayılır./kult.az/
MediaFax