Azərbaycanlı milyarder arzularından danışdı

Azərbaycanlı milyarder, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov arzularından danışıb.

İş adamı rus KİV-lərindən birinə geniş müsahibə verib. O, söhbət zamanı arzularından, gələcək planlarından danışıb. Milyarder iri enerji şirkətlərindən birini yaratmağa çalışdığını dilə gətirib. Vahid Ələkbərov "Lukoyl” şirkətini ərsəyə gətirməyindən, ona gələn təkliflərdən də söz açıb:

"Kompaniya qurmaq, onu qorumağı arzulayırdım. Biz bunu bacardıq. Bu il 25 ili tamam olacaq. Şirkəti satmaq, Rusiya ərazisində, eləcə də xaricdə başqa şirkətlərə birləşdirmək barədə çoxlu təkliflər almışıq. Mən hesab edirəm ki, biz indi yalnız neft deyil, həm də enerji şirkəti kimi öz inkişaf strategiyamızı qoruyacağıq. Mənim arzum odur ki, şirkət cəmiyyətdə iri səhmdarlardan biri olsun. Ümid edirəm ki, yaşadığım müddətdə bunu görəcəm”.

"Lukoyl” rəhbəri onu da qeyd edib ki, Rusiya səhmleri hazırda öz qiymətindən 2-3 dəfə az dəyərləndirilir və bu təkcə neftin qiyməti ilə yox, həm də siyasətlə əlaqəlidir./qafqazinfo.az/

MediaFax