Azərbaycanlı jurnalistə Mourinyonun cavabı - Video

Avropa Liqasının qrup mərhələsində dünən keçirilən "Fənərbaxça" - "Mançester Yunayted" oyunundan (2:1) sonra təşkil edilən mətbuat konfransında maraqlı hadisə baş verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, mətbuat konfransında iştirak edənlər arasında azərbaycanlı jurnalist də olub.

O, "MY"nın baş məşqçisi Joze Mourinyoya erməni futbolçu Henrik Mxitaryanın komandadan göndərilib-göndərilməyəcəyi barədə sual verib. Mourinyo suala cavab olaraq bildirib ki, H.Mxitaryanı komandadan göndərməyi düşünmür:

"Amma o, daha yaxşı oynamalıdır. Bu qədər bəsit".


MediaFax