Azərbaycan əsilli televiziya jurnalisti 44 yaşlı İradə Zeynalova dünəndən hərbi müxbir Aleksandr Yevstiqneevin qanuni arvadı olub.
Rusiya mediası xəbər verir ki, bu xoş hadisəni cütlük dar ailə çərçivəsində qeyd edib.
Zeynalovanın ətrafındakılar deyiblər ki, İradə ilə gələcək əri arasındakı sevgi romanı iki il bundan əvvəl başlasa da, cütlük yalnız indi ciddi qərar qəbul edib.
Aleksandr Yevstiqneev Birinci kanalın ən yaxşı xüsusi müxbirlərindən biri hesab olunur. Sibirdən Moskvaya gələn jurnalist çox vaxt qaynar nöqtələrdə işləyib, iki il əvvəl isə Slavyanskda reportaj hazırlayanda atəş altına düşüb.
Yevstiqneev İrada Zeynalovadan yaşca kiçikdir. Bundan əlavə, o da oz həmkarı, reportyor Natalya Ustyuqova ilə evli olub. Bu cütülüyün uşağı da var.
İradə Zeynalova üçün indiki nikah da birinci olmayacaq. Teleaparıcı 10 ildən çox jurnalist Aleksey Samolyotovla evli olub. Onların Timur adlı oğullar dünyaya gəlib. Ancaq 2015-ci ildə cütlüyün nikahı pozulub./modern.az/
MediaFax