Bakıda fəaliyyət göstərən gözəllik salonlarından biri çəkdiyi videoçarxla özünü reklam etmək istəsə də, tənqid hədəfinə tuş gəlib.
Ssenari üzrə oğlan tanışlıq məqsədi ilə qıza yaxınlaşır, ancaq xanımın qolunun tüklü olması gənci fikrindən danışdırır.
Nəticədə cavan oğlan daha cazibədar xanımla tanış olur. Əslində, videoya baxan zaman ssenarinin nə qədər uğursuz və biabırçı olduğuna özünüz şahidlik edəcəksiniz.
Belə xəbərin futbol saytında nə işi var deyə düşünürsüz?
Məsələ burasındadı ki, sözügedən reklam çarxında çəkilən həmin cavan oğlan Azərbaycan Premyer Liqasında hakimlik edir. Bu, yan xətt hakimi Akif Əmrəlidi.
Görünür, bir çox epizodlarda düzgün qərar verməkdə çətinlik çəkən hakim, elə futboldan kənar həyatda da eyni problemi yaşayır./futbol11.az/
MediaFax