Azərbaycanlı futbolçuya 2 milyon avroluq Təklif

Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovun Moskva "Spartak”ından təklif alması Rusiyada müzakirə mövzusudur.

"Lokomotiv”də çıxış edən futbolçu üçün qarşı tərəfin 2 milyon avro ödəməyə hazır olduğu deyilir.

"Lokomotiv”in prezidenti İlya Qerkus 2 milyon məsələsini qeyri-ciddi adlandırıb: "Aleksandr Səmədov üçün 2 milyonluq təklif qeyri-ciddidir. Onun müqaviləsində konkret məbləğ göstərilib – 5 milyon avro. Oyunçu komandadan getmək qərarına gəlibsə, onu heyətinə qatan tərəf lazım olan məbləği ödəməlidir”./goal.az/

MediaFax