Azərbaycanlı döyüşçü dünya çempionatında - Foto

Almaniyada fəaliyyət göstərən "Odlar Yurdu" klubunun titullu üzvü, kikboksçu Bəxtiyar İsgəndərzadə bu dəfə dünya kəməri uğrunda döyüşə çıxacaq.

Bəxtiyar İsgəndərzadə Londonda kikboksun ASFO versiyası üzrə dünya çempionu uğrunda mübarizə aparacaq. Yarış klubun rəhbərləri Azad ƏzizovAnar Axundzadənin dəstəyi ilə baş tutacaq. Görüş oktyabrın 29-da boksun vətənlərindən sayılan London şəhərində keçiriləcək. Onu da bildirək ki, Londondakı turnirin təşkilatçılarından biri də elə soydaşımız Hafiz Baxşəliyevdir.

Qeyd edək ki, kikboksinq üzrə ikiqat dünya çempionu, üçqat respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı, dəfələrlə peşəkar görüşlərin qalibi olmuş Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir./aznews.az/
 


MediaFax