Türkiyənin Çorum vilayətinin valisi Nəcməddin Kılıç kəndlərdə çoban çatışmazlığı probleminin həlli üçün bir sıra təkliflər səsləndirib.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, vali qeyd edib ki, vilayətdəki çobanlara sürü idarəetməsi üzrə təlimlər keçirilərək sertifikatlar veriləcək:
"Buna rəğmən, zəruri sayda çoban tapılmazsa, Azərbaycan kimi türkdilli ölkələrdən Məşğulluq və Sosial Təminat Nazirliyinin icazəsi ilə gələn çobanlara da iş verilə bilər".
N.Kılıç, ümumiyyətlə, Çorum vilayətində heyvandarlıq sahəsində bir sıra problemlərin olduğunu bildirib./trend.az/
MediaFax