Gürcüstanda yaşayan soydaşımız Aydan Bədirov 14 yaşı olmasına baxmayaraq, sərbəst güləş üzrə 17 dəfə ölkə çempionu olub.
Aydan hazırda Gürcüstanın ən prespektivli güləşçilərindən sayılsa da, yaşadığı ev və şərait heç də ürəkaçan deyil.
Anası epilepsiya xəstəsidir. Atasının pasport düzəltdirməyə imkanı olmadığı üçün Aydan məktəbə gedə bilmir. Yarışlarda da kənar adamların köməyi ilə iştirak edir.
Ailədə 4 uşaqdırlar və məskunlaşdıqları ev yaşanılacaq vəziyyətdə deyil. Amma bütün bunlara baxmayaraq, məşqçisi Aydanın heç bir məşqi buraxmadığını bildirib.
Məşqdən sonrakı vaxtlarını isə Tbilisinin "dezertir" adlanan bazarında limon və alma satmaqla keçirir.
Aydan Bədirovun evindən hazırlanmış video-reportajı təqdim edirik:/qafqazinfo.az/
MediaFax