Aşıq Azər Xanlaroğlu yeni restoran açıb.
Açıqlama verən aşıq bildirib ki, aşıq və muğam sənətinin dəyərli simaları həmin məkanda çıxış edəcək: "Bizim məkan digərlərindən seçilir. Çünki milli ab-havanı yaşadır. Burada muğam və aşıq sənətinin dəyərli simaları çıxış edir. Hər axşam canlı musiqi gecələri təşkil olunur. Həftənin bəzi günləri muğam, bəzi günləri aşıq havaları səsləndirilir. Amma planlarımızda var ki, eyni gün həm muğam, həm aşıq mahnıları təqdim edilsin. Hər axşam sosial şəbəkə vasitəsilə canlı yayım edirik. İnsanlara məkanımız yaşanan maraqlı anları göstəririk”.
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən A.Xanlaroğlu, səhhətindən də danışıb: "Səhhətim hazırda normaldır, özümü yaxşı hiss edirəm. Tez-tez həkim müayinəsində oluram. Ayağımda olan şiş isə qalıb, çarəsini tapa bilmirlər. Bir nəfər deyib ki, Ankarada həkim axtarır. Ondan cavab gözləyirəm. Mənə kömək etmək istəyən şəxs Tükiyədə yaşayan azərbaycanlıdır. Həkim tapsa, maddi tərəfi düşünəcəyik. Əsas odur ki, ayağımın çarəsi tapılsın”.
Qeyd edək ki, hepatitdən əziyyət çəkən aşığın ayağında fil xəstəliyi var. Eyni zamanda aşığın qaraciyəri dəyişdirilməlidir./musavat.com/
MediaFax